SON DƏQİQƏ
» » Ç.L: 1/8 finala keçənlər müəyyənləşdi-NƏTİCƏLƏR

Ç.L: 1/8 finala keçənlər müəyyənləşdi-NƏTİCƏLƏR

Tarix:

10-12-2020, 08:57

/ 4 460 dəfə oxundu.
Ç.L: 1/8 finala keçənlər müəyyənləşdi-NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
GunAz.az-ın məlumatına görə, VI turun ikinci oyun günündə keçirilən 8 qarşılaşmadan sonra pley-offun son 4 iştirakçısı müəyyənləşib.
İtaliya "Atalanta"sından sonra İspaniyanın "Atletiko", "Real Madrid" və Almaniyanın "Borussiya" (Mönxenqladbax) klubları 1/8 finala vəsiqə qazanıblar.
Qruplarında 3-cü yeri tutan komandalar isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
A qrupu
00:00. "Bavariya" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:0
Qollar: Niklas Süle, 63, Erik Şupo-Motinq, 80
00:00. "Zaltsburq" (Avstriya) - "Atletiko" (İspaniya) - 0:2
Qollar: Mario Ermoso, 39, Yannik Karrasko, 86
Xal durumu: "Bavariya" - 16, "Atletiko" - 9, "Zaltsburq" - 4, "Lokomotiv" M - 3.
B qrupu
00:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:0
00:00. "Real Madrid" (İspaniya) - "Borussiya" (Mönxenqladbax, Almaniya) - 2:0
Qollar: Kərim Benzema, 9, 32
Xal durumu: "Real Madrid" - 10, "Borussiya" M - 8, "Şaxtyor" D - 8, "İnter" - 6.
C qrupu
00:00. "Olimpiakos" (Yunanıstan) - "Portu" (Portuqaliya) - 0:2
Qollar: Otavio, 10 (penalti), Mateus Uribe, 77
Qırmızı vərəqə: Ruben Semedu ("Olimpiakos"), 79
00:00. "Mançester Siti" (İngiltərə) - "Marsel" (Fransa) - 3:0
Qollar: Ferran Torres, 48, Serxio Aquero, 77, Rahim Sterlinq, 90
Xal durumu: "Mançester Siti" - 16, "Portu" - 13, "Olimpiakos" - 3, "Marsel" - 3.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti", "Liverpul", İspaniyanın "Sevilya", "Barselona", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), "Leyptsiq", İtaliyanın "Yuventus", "Latsio", Portuqaliyanın "Portu" və Fransanın PSJ klubları pley-offa adlayıblar.
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü dekabrın 14-də atılacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ