SON DƏQİQƏ

“Neftçi”nin rəqibi debütantla bacarmadı

Tarix:

3-09-2020, 22:14

/ 1 523 dəfə oxundu.
“Neftçi”nin rəqibi debütantla bacarmadı

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi”nin rəqibi olan İstanbulun "Qalatasaray” klubu yoxlama oyunu keçirib.

GunAz.az xəbər verir ki, "sarı-qırmızılılar” Super Liqanın debütantı "Hatayspor”la qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib - 1:1.

Görüşdə hesabı meydan sahibləri açıb. 32-ci dəqiqədə kapitan Arda Turan İstanbul klubunu önə çıxarıb. İkinci hissədə isə rəqib hesabı bərabərləşdirib.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ