Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tur yekunlaşıb.
GunAz.az xəbər verir ki, lider turun son görüşündə "Səbail"lə görüşüb. "Qarabağ" rəqibinə çətinliklə qalib gələ bilib. Yeganə qol 86-cı dəqiqədə vurulub. Qara Qarayevin zərbəsi dəqiq olub.
Qeyd edək ki, "Qarabağ" 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib.