SON DƏQİQƏ

“Neftçi”dən növbəti qələbə

Tarix:

25-11-2018, 20:29

/ 10 333 dəfə oxundu.
“Neftçi”dən növbəti qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun daha bir oyunu keçirilib.

GunAz.az-ın xəbərinə görə, “Səbail” “Bayıl Arena”da “Neftçi”ni qəbul edib.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hesabı 41-ci dəqiqədə Baqali Dabo açıb. 53-cü dəqiqədə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək “flaqman”ın üstünlüyünü iki topa çatdırıb.

Hakimin oyuna əlavə etdiyi dəqiqələrdə meydan sahiblərinin futbolçusu Tome Kitanovski ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.

Turun son oyununda “Zirə” və “Sumqayıt” komandaları qarşılaşacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ