Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
Açılış oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə penaltidən Təmkin Xəlilzadə açıb. 76-cı dəqiqədə "Sumqayıt" daha bir zərbə alıb. Bu dəfə Nicat Qurbanov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bununla belə, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilib. 90+2-ci dəqiqədə Yusif Nəbiyev sabiq komandasını cəzalandırıb.
Beləliklə, hər iki komanda xallarını 4-ə çatdırıb.
Bu gün saat 20:30-da "Zirə" - "Sabah" oyunu start götürəcək. Tura avqustun 26-da keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, III tur
25 avqust
18:00. "Qəbələ” – "Sumqayıt” - 1:1
Qol: Təmkin Xəlilzadə, 42 (penalti ilə) - Yusif Nəbiyev, 90+2
Qırmızı vərəqə: Nicat Qurbanov, 76 ("Sumqayıt")
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu (Report).