SON DƏQİQƏ
» » Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək

Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək

Tarix:

5-05-2018, 08:10

/ 10 439 dəfə oxundu.
Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək.

Gunaz.az-ın məlumatına görə, oyunlardan biri paytaxtda, digəri isə Qəbələdə baş tutacaq.

Günün ilk oyununda "Səbail” doğma meydanda "Zirə” ilə üz-üzə gələcək. Bu komandalar yalnız cari mövsüm qarşılaşıblar. İki görüşdə "Zirə” qələbə qazanıbsa, bir qarşılaşma heç-heçə başa çatıb. Top fərqində qonaqların üstünlüyü var – 4:2. "Zirə” rəqibinə qarşı keçirdiyi hər 3 matçda qol vurub.

Günün digər matçında "Qəbələ” "Keşlə”ni qəbul edəcək. Bu qarşılaşma komandalar arasında yubiley oyunu olacaq. Onlar indiyədək 39 dəfə üz-üzə gəliblər. 11 oyunda "Qəbələ” meydanı 3 xalla tərk edibsə, 14 matçda paytaxt təmsilçisi qələbəyə sevinib. 14 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də "Keşlə” klubu öndədir - 50-39. Paytaxt klubu həmçinin 10 oyundur rəqibini məğlub edə bilmir. "Qəbələ” bu komandaya qarşı 6 oyundur meydanı qolsuz tərk etmir.

Premyer Liqa, XXVI tur

5 may (şənbə)

"Qəbələ” – "Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu, 19:00

"Səbail” – "Zirə”

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Fazil Mürşüdov

"Bayıl Arena”, 17:00

Tura sabah keçiriləcək "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq.(Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ