SON DƏQİQƏ
» » Paracüdoçularımız Daşkənddən 11 medalla qayıdır

Paracüdoçularımız Daşkənddən 11 medalla qayıdır

Tarix:

24-09-2019, 20:38

/ 1 957 dəfə oxundu.
Paracüdoçularımız Daşkənddən 11 medalla qayıdır

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən paracüdo üzrə Qran Pri başa çatıb.

GunAz.az xəbər verir ki, bu gün yeddi idmançı ilə mübarizəyə qatılan paracüdoçularımız uğurlu nəticə ilə yadda qalıb.

Belə ki, altı idmançımız medala yiyələnib.

Kənan Abdullaxanlı (-100 kq) qızıl, Xanım Hüseynova (-63 kq) gümüş, Hüseyn Rəhimli (-81 kq), İlham Zəkiyev (+100 kq), Zülfiyyə Hüseynova (-70 kq) və Dürsədəf Kərimova (+70 kq) bürünc medal qazanıb.

Dünən daha beş idmançımızın medal qazandığını nəzərə alsaq, paracüdoçularımız vətənə 11 medalla qayıdır. Bu nəticə ilə millimiz İran və Özbəkistandan sonra III sıranı tutub.

Qeyd edək ki, bu yarış Paralimpiya Oyunlarına lisenziya xalı verirdi.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ