SON DƏQİQƏ

Paracüdo millimiz Qoriyə getdi

Tarix:

18-03-2019, 14:36

/ 10 474 dəfə oxundu.
Paracüdo millimiz Qoriyə getdi

Azərbaycanın cüdo idman növü üzrə kişilərdən ibarət paralimpiya yığma komandası təlim-məşq toplanışı üçün Gürcüstana yola düşüb. 

Milli Paralimpiya Komitəsindən verilən xəbərə görə, baş məşqçi İbrahim İbrahimovun rəhbərlik etdiyi 12 nəfərlik heyət (10 idmançı, iki məşqçi) 18-26 mart tarixlərində Qori şəhərində təlim-məşq toplanışı keçirəcək. 

“Neftçi” İdman Klubunun dəstəyi ilə keçirilən təlim-məşq toplanışı Qori cüdo mərkəzində baş tutacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı may ayında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran Pri yarışına hazırlıq xarakteri daşıyır.

 

скачать dle 12.1

Şərhlər