SON DƏQİQƏ
» » Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirdi

Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirdi

Tarix:

9-03-2019, 15:44

/ 10 298 dəfə oxundu.
Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirdi

Çinli qadın idmançı Lyu Xun 50 km məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

GunAz.az report-a istinadən bildirir ki, 32 yaşlı atlet ölkəsində keçirilən yarışda məsafəni 3 saat 59 dəqiqə 15 saniyəyə qət edib.

O, bu göstəricidən sonra 50 km-i 4 saatdan daha az müddətdə başa vuran ilk qadın idmançı olub.

Əvvəlki dünya rekordu 4 saat 4 dəqiqə 36 saniyə ilə digər çinli idmançı Lyan Juya məxsus idi.

Qeyd edək ki, Lyu Xun 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ