SON DƏQİQƏ

Ramil Quliyev illərin rekordunu qırdı

Tarix:

30-06-2018, 09:18

/ 10 325 dəfə oxundu.
Ramil Quliyev illərin rekordunu qırdı

Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 18-ci Aralıq dənizi Oyunlarında qızıl medal qazanıb.

GunAz.az xəbər verir ki, 28 yaşlı atlet İspaniyanın Tarraqona şəhərində keçirilən yarışlarda 200 metr məsafəyə qaçışda finişə hamıdan öndə çatıb.

R.Quliyev 20.15 saniyəlik göstəricisi ilə bu yarışda 35 illik rekordu da yeniləyib.

İtalyan idmançı 20.77 ilə ikinci, fransız Mişe-Meba Zeze isə 20,78 saniyə ilə üçüncü olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ