SON DƏQİQƏ
» » Bakıdakı Avroliqanın finalına biletlər satışa çıxarıldı - QİYMƏTLƏR - VİDEO

Bakıdakı Avroliqanın finalına biletlər satışa çıxarıldı - QİYMƏTLƏR - VİDEO

Tarix:

1-03-2019, 20:18

/ 10 438 dəfə oxundu.
Bakıdakı Avroliqanın finalına biletlər satışa çıxarıldı - QİYMƏTLƏR - VİDEO

Bakıda keçiriləcək Avroliqanın final oyununa biletlər artıq satışdadır. Biletlerin qiyməti 30-140 avro arasında dəyişir. Oyuna həm yerli, həm də xarici medianın marağı böyükdür. Biletlərə tələbatın çox olacağı gözlənilir. Buna görə də yerlər üçün lotereya təşkil ediləcək.

 

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün bilet satışı prosesinə start verilib. Bunun üçün əvvəla UEFA-nın rəsmi saytında qeydiyyatdan keçərək şəxsi bilet hesabı yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək. Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək.

Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər. Lakin tələbatın daha çox olacağı gözlənilir. Buna görə də UEFA, biletləri öz qaydası ilə lotereya yolu ilə satışa çıxaracaq.

Biletlər bir neçə kateqoriyada satışa çıxarılır. Qiymətlər isə 30 avrodan başlayacaq.

Bakı Olimpiya Stadionunda isə son hazırlıq işləri də yekunlaşıb. Stadion oyuna ev sahibliyi etməyə tam hazır vəziyyətdədir.

скачать dle 12.1

Şərhlər