SON DƏQİQƏ
» » Dörd oyunu Bakıda keçiriləcək AVRO-2020-nin mükafat fondu açıqlandı

Dörd oyunu Bakıda keçiriləcək AVRO-2020-nin mükafat fondu açıqlandı

Tarix:

22-12-2018, 17:22

/ 10 278 dəfə oxundu.
Dörd oyunu Bakıda keçiriləcək AVRO-2020-nin mükafat fondu açıqlandı

UEFA AVRO-2020-nin mükafat fondunu açıqlayıb. 

GunAz.az xəbər verir ki, ümumi məbləğ 731 milyon avro təşkil edəcək.

Avropa çempionatının final mərhələsində iştirak hər komandaya 9,25 milyon avro qazandıracaq. Qrupdakı hər qələbə 1,5 milyon, heç-heçə isə 750 min avro gəlirlə qarşılanacaq. 1/8 finala vəsiqə qazanacaq yığmalara UEFA əlavə iki milyon avro ödəyəcək. Həmçinin, 1/4 finalçılar 3,25 milyon, yarımfinala adlayanlar beş milyon avro əldə edəcək. Avropa çempionu əlavə 10 milyon qazanacaqsa, finalçıya yeddi milyon avro veriləcək.

Qeyd edək ki, 12 şəhərdə keçiriləcək Avropa çempionatının final mərhələsinin dörd matçı Bakıda oynanılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ