SON DƏQİQƏ
» » “Sabah” altı futbolçusu ilə yollarını ayırdı

“Sabah” altı futbolçusu ilə yollarını ayırdı

Tarix:

21-12-2018, 17:21

/ 10 307 dəfə oxundu.
“Sabah” altı futbolçusu ilə yollarını ayırdı

Azərbaycan Premyer Liqasının debütantı olan “Sabah” FK bir neçə futbolçu ilə yollarını ayırıb. 

GunAz.az xəbər verir ki, ukraynalı Vitali KvaşukƏlibəy MəmmədliElvin BədəlovAydın BayramovTural Qürbətov və Ülvi İbazadə ilə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əvəzində Bakı klubu dünən “Neftçi”dən ayrılmış Rəşad Eyyubovla 2,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, “Sabah” qış fasiləsinə 17 xalla IV sırada yollanıb. Elşad Əhmədovun baş məşqçisi olduğu komanda ölkə kubokunun 1/4 finalında “Qəbələ” ilə dueldə mübarizəni dayandırıb.

скачать dle 12.1

Şərhlər