SON DƏQİQƏ
» » Dünyanın ən güclü futbol klubları hansılardır?- SİYAHI

Dünyanın ən güclü futbol klubları hansılardır?- SİYAHI

Tarix:

24-03-2018, 22:50

/ 10 444 dəfə oxundu.
Dünyanın ən güclü futbol klubları hansılardır?- SİYAHI

Dünyanın ən güclü futbol klublarının reytinq siyahısı açıqlanıb.

Gunaz.az xəbər verir ki, “Clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”a məxsusdur. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 532-ci komandasıdır. “Qarabağ” son siyahı ilə müqayisədə 5 pillə irəliləyib.

368 xala malik “Keşlə” 755-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 4 rəqibini qabaqlayıb. “Qəbələ” 255 xalla 796-cı yerdədi. Onlar 10 pillə irəliləyiblər. 217 xalı olan “Zirə” isə siyahıda 817-ci yerdə qərarlaşıb.Bu komanda da digər 3 klubumuz kimi mövqeyini yaxşılaşdırıb. “Zirəlilər” 9 pillə qabağa gediblər.

Qeyd edək ki, bu dəfə də ilk “üçlük”də ispan klubları yer alıb. Belə ki, İspaniya “Real”ı 18062 xalla 1-ci, “Barselona” 16198 xalla 2-ci yerdə qaldığı halda, “Atletiko” 3-cü pilləni ələ keçirib. Aktivində 14392 xalı olan madridlilər Braziliya “Qremio”sunu qabaqlayıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ