SON DƏQİQƏ

Alpaqut 2018 – Dünya çempionatı Bakı

Tarix:

25-11-2018, 12:59

/ 10 721 dəfə oxundu.
Alpaqut 2018 – Dünya çempionatı Bakı

Noyabrın 24 -ü Alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatının açılış mərasimi keçirilib. 

GunAz.az xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutan mərasimdə Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı Qənirə Paşayeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Firudin Paşayev, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Alpaqut Turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası-kutsan Vasif Namazov və digər şəxslər iştirak ediblər.

Komandalar arenada düzüldükdən sonra Dədə Qorqud və Şaman çıxış edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı Q.Paşayeva çıxış edərək müasir müstəqil Azərbaycanda bütün sahələr kimi idmanın da böyük sürətlə inkişaf etdiyini bildirib. Ölkəmizdə beynəlxalq miqyaslı nüfuzlu idman yarışlarının yüksək səviyyədə təşkil edildiyini qeyd edən Q. Paşayeva alpaqut üzrə ilk dünya çempionatının Azərbaycanda təşkil edilməsinin sevindirici hal olduğunu deyib. O, mötəbər yarışın Alpaqut Turan döyüş sənətinin inkişafına böyük töhfələr verəcəyinə inandığını vurğulayıb. Millət vəkili qeyd edib ki, idman sadəcə yarış deyil, həm də xalqlar, millətlər arasında dostluq, qardaşlıq, birlik yaradan vasitədir.
 

“Dünya Alpaqut Federasiyasına daxil olan federasiyalar, idman qurumları, klub və cəmiyyətlər böyük bir ailəni təşkil edir. Əminəm ki, ölkəmizə gələn idmançılar, nümayəndə heyətləri bu yarışdan böyük zövq alacaqlar. Onu da qeyd edim ki, idmanda məğlubiyyət də qələbə də olur. Əsas isə odur ki, idmançılar burada, meydanda əsl hünər nümayiş etdirirlər. Arzumuz budur ki, növbəti dünya çempionatı işğaldan azad edəcəyimiz Azərbaycan torpağında – Qarabağda keçirilsin”, – deyə Qənirə Paşayeva bildirib.

Daha sonra Gənclər və İdman Nazirliyinin nümayəndəsi F.Paşayev, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti A.Həsənsoy, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Q.Nuriyev, Alpaqut Turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası-kutsan V.Namazov çıxış edərək ölkəmizdə təşkil edilən dünya çempionatının önəmli hadisə olduğunu bildiriblər. Onlar döyüş sənətinin inkişaf etdiyi Azərbaycanda gələcəkdə güclü alpaqutçuların yetişəcəyinə əminliklərini bildiriblər.

Mərasim bədii hissə ilə davam edib.

Qeyd edək ki, dünya çempionatında bütün yaş qrupları üzrə 18 ölkədən – Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançı qüvvəsini sınayır. İdmançılar aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə medallar uğrunda mübarizə aparırlar.

Çemmpionata sabah yekun vurulacaq.

Alpaqut 2018 – Dünya çempionatı Bakı

 

Alpaqut 2018 – Dünya çempionatı Bakı

 

Alpaqut 2018 – Dünya çempionatı Bakı

 

Alpaqut 2018 – Dünya çempionatı Bakı

 

Alpaqut 2018 – Dünya çempionatı Bakı

 

Alpaqut 2018 – Dünya çempionatı Bakı

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ