SON DƏQİQƏ

Futbol turniri uğurla başa çatdı

Tarix:

8-10-2018, 16:32

/ 10 385 dəfə oxundu.
Futbol turniri uğurla başa çatdı

 

İdman sağlamlıq deməkdir. Bu gün ölkəmizdə idmana dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Yeniyetmə və gənclər zərərli vərdişlərdən uzaq olaraq idmanla məşğul olur və sağlam böyüyürlər.

Azərbaycan Kinqboksinq Federasiyası hər zaman ölkəmizin idman şərəfini uca tutur və mötəbər, beynəlxalq idman yarışlarından qələbə ilə qayıdırlar.

AKF on minlərlə idmançıları öz ətrafına toplayaraq ölkə, Avropa və beynəlxalq yarışlarda Azərbaycan bayrağını ən uca zirvələrdə dalğalandırırlar.

Bu dəfəki idman turniri hər kəsi sevindirdi. Belə ki, 20 saylı Nərimanov II seçki dairəsinin 45-55 yaş qrupuna aid seçicilərindən ibarət Futbol turniri olduqca maraqlı və şən keçdi.

Ərazi üzrə 10 komanda təşkil olunmuşdu.

Mini futbol çempionatında iştirak edən hər bir futbolçu AKF tərəfindən idman formaları ilə təmin olunmuşdu.

Yaşıl meydançada futbol turnirinin açılışı oldu. Dövlət himnimiz səsləndirildi.

Tədbirin təşkilatçısı AKF-nin Prezidenti, seçicilərinin dərin hörmətini qazanmış millət vəkili Adil Əliyev idmançıları salamladı və dedi:

- Hər bir vətəndaş sağlam böyüməli və aktiv həyat sürməlidir. İdman özü sağlamlıq deməkdir. Dövlətimiz hər zaman idmana xüsusi diqqət ayırır. Torpaqlarımızın 20 faizi düşmən tapdağındadır. Sağlam idmançı cəsur əsgər deməkdir. Hər birimiz ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməliyik.

Sıralarımızda on minlərlə belə sağlam gənclər var. Bugünkü futbol turniri 45-55 yaş qrupunda olan seçicilərimiz arasında keçirilir. Hər birinizə sağlam həyat, mənalı ömür, uğurlar, cansağlığı arzulayıram.

Yarışın baş hakimi Teymur Tofiqoğlunun fit səsi eşidildi. Gərgin keçən yarış uğurla başa çatdı. Qaliblər kubokla və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar. Yarışda iştirak edən hər bir futbolçuya idman formaları təqdim edildi və xatirə olaraq şəkil çəkdirildi.

Seçicilər adından bu yarışı təşkil edən millət vəkili Adil Əliyevə dərin təşəkkürümüzü bildiririk. 

Rauf İlyasoğlu

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ