SON DƏQİQƏ

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Tarix:

27-08-2018, 08:31

/ 10 357 dəfə oxundu.
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşıb.

GunAz.az xəbər verir ki, partiya heç-heçə ilə başa çatıb.

Oyun gününün yekununda Sergey Karyakin (Rusiya) və Xikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ) və Vişvanatan Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) qarşılaşmaları da heç-heçə başa çatıb.

Səkkiz turdan sonra 5 xal toplayan Karuana liderdir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4,5 xal var. 6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 4 xal) tutur. Ardınca So (3,5) və Nakamura (3), sonuncu isə Karyakin (2,5) qərarlaşıb.

Turnir avqustun 27-də başa çatacaq. Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq. Turnirin ümumi mükafat fondu isə 300 min dollardır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ