SON DƏQİQƏ
» » "Qarabağ"a qarşı bu futbolçular oynayacaq - SİYAHI

"Qarabağ"a qarşı bu futbolçular oynayacaq - SİYAHI

Tarix:

7-07-2018, 15:10

/ 10 354 dəfə oxundu.
"Qarabağ"a qarşı bu futbolçular oynayacaq - SİYAHI

Sloveniyanın "Olimpiya" klubu Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirəcəyi oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
GunAz.az xəbər verir ki, komandanın serb baş məşqçi İliya Stolitsa 23 futbolçunun adını siyahıya salıb. Onlardan 2-si qapıçı, 9-u müdafiəçi, hərəyə 6-sı yarımmüdafiəçi və hücumçudu.
Futbolçulardan 11-i yerli, 12-si əcnəbidi. Legionerlərdən hərəyə 3-ü Serbiya və Xorvatiyanı, qalanları Kamerun, Macarıstan, Qana, İtaliya, Avstriya və Makedoniyanı təmsil edirlər.
Qeyd edək ki, "Qarabağ" və "Olimpiya" komandaları arasındakı ilk oyun iyulun 11-də Lyublyanada, cavab görüşü isə iyulun 18-də Bakıda keçiriləcək. 
Qapıçılar: 31. Alyaj İvaçiç, 41. Neyts Vidmar.
Müdafiəçilər: 3. Mekki Baqnak (Kamerun), 4. Leo Eyup, 5. Marko Qayiç (Serbiya), 14. Mario Yurçeviç, 18.Adam Yakupoviç, 27. Aris Zarifoviç, 30.Branko İliç, 44. Dino Ştiqlets (Xorvatiya), 70. Marko Putinçanin (Serbiya).
Yarımmüdafiəçilər: 7. Rok Kronaveter, 8. Daniyel Mişkiç (Xorvatiya), 10. Qoran Brkiç (Serbiya), 23. Nik Kapun, 45. Matevj Turkuş, 90. Tomislav Tomiç (Xorvatiya).
Hücumçular: 15. Asmir Sulyiç (Macarıstan), 17. Abas İssa (Qana), 21. Kinqsli Boatenq (İtaliya), 22. Haris Kadriç, 77. Ştefan Saviç (Avstriya), 95. Daniel Avramovski (Makedoniya).
скачать dle 12.1

Şərhlər