Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib.
"Report"un məlumatına görə, yığma səfərdə Qazaxıstanla üz-üzə gəlib.
"Astana Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Roman Murtazayev 12-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Serikjan Mujikov fərqi iki topa çatdırıb. Baxtiyor Zaynutdinov 90-cı dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.
Bu, Azərbaycan millisinin Qurban Qurbanovun rəhbərliyi altında ikinci məğlubiyyəti olub. Daha əvvəl Bakıda Belarusa (0:1) uduzan yığma Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə edib, yeganə qələbəsini isə Qırğızıstan (3:0) üzərində qazanıb
Qeyd edək ki, Azərbaycan yığması iyunun 9-u növbəti yoxlama matçında səfərdə Latviya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Yoldaşlıq görüşü
5 iyun
20:00. Qazaxıstan – Azərbaycan - 3:0
Qol: Roman Murtazayev, 12. Serikjan Mujikov, 14. Baxtiyor Zaynutdinov, 90
Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)
Astana. "Astana Arena”