SON DƏQİQƏ

AFFA milli komandaya daha bir rəqib tapıb

Tarix:

15-02-2018, 11:09

/ 1 233 dəfə oxundu.
AFFA milli komandaya daha bir rəqib tapıb

Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşib.

Gunaz.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Qırğızıstanla yoxlama oyunu keçirəcək.

AFFA və Asiya ölkəsinin futbol federasiyaları bu barədə razılıq əldə edib. Azərbaycan və Qırğızıstan millilərinin oyunu Bakıda baş tutacaq.

Qurban Qurbanovun yetirmələrinin mayın 29-da keçirəcəyi oyun Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Qeyd edək ki, bu ilin payızında Millətlər Liqasında mübarizə aparacaq yığmamızın hazırlıq üçün daha 3 yoxlama oyunu keçirməsi dəqiqləşib. Komandamız martın 23-də Belarusla Bakıda, 27-də Makedoniya ilə Antalyada, iyunun 9-da Latviya ilə səfərdə qarşılaşacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ