SON DƏQİQƏ
» » Deputatlarla jurnalistlərin oyunu AFFA-ya həvalə olundu - Heyətlər açıqlandı

Deputatlarla jurnalistlərin oyunu AFFA-ya həvalə olundu - Heyətlər açıqlandı

Tarix:

22-12-2017, 18:40

/ 961 dəfə oxundu.
Deputatlarla jurnalistlərin oyunu AFFA-ya həvalə olundu - Heyətlər açıqlandı

Bu gün - dekabrın 22-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.

Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu oyun ölkə başçısının ad günü ərəfəsində  keçirilir: 

“Cənab Prezident bu günə kimi bütün ad günlərini cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib. Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir. Biz də belə bir futbol oyunu ilə Prezidentimizin ad gününü təbrik edəcəyik”


Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Modern.az-a açıqlamasında bildirib ki, oyunu AFFA-nın hakimi idarə edəcək.

PJB sədri oyunda iştirak edən komandaların ilkin heyətlərini də açıqlayıb.

“Bizim ehtiyatda sürpriz oyunçularımız var. İnanırıq ki, qələbə qazanacağıq”,-deyə PJB sədri bildirib.

 

Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışının ilkin heyəti aşağıdakı kimidir:

Milli Məclisin deputatları:                                                               Parlament jurnalistləri:

1. Fuad Muradov                                                                               1. Rəşad Baxışəliyev

2. Mahir Abbaszadə                                                                          2. İlkin Pirəli

3. Siyavuş Novruzov                                                                         3. Anar Kəlbiyev

4. Elşad Həsənov                                                                              4. Mirmahmud Kazımoğlu

5. Şahin İsmayılov                                                                            5. Elşad Paşasoy

6. Tahir Mirkişili                                                                               6. Aqil Camal

7. Azər Badamov                                                                             7. Aqil Aslan

8. Eldəniz Səlimov                                                                           8. Anar Bayramoğlu

9. Zahid Oruc                                                                                    9. Əli İbrahimov

10. Ülvi Quliyev                                                                              10. Nardar Bayramlı

11. Adil Əliyev                                                                                11. Elçin Cəfərov

12. Kamran Nəbizadə                                                                      12. Vasif Həsənli

13. Rəşad Mahmudov

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ