AVRO-2018-in final mərhələsində hazırlaşan futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirəcək.
Gunaz.az apasport.az-a istinadən xəbər verir ki, Joze Alesionun yetirmələri İran yığması ilə qarşılaşacaq.
Azərbaycanda qonaq olan asiyalılarla 2 dəfə görüşəcək millimiz rəqibini Bakı İdman Sarayında qəbul edəcək. Matç saat 21:00-da başlayacaq. Oyunu yerli hakimlər idarə edəcək.
Qeyd edək ki, yığmalar arasında ikinci oyun sabah keçiriləcək.
Yoldaşlıq oyunu
23 yanvar
21:00. Azərbaycan - İran
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov.