SON DƏQİQƏ

Buffon hakimi zibil vedrəsinə bənzədib

Tarix:

12-04-2018, 09:30

/ 10 375 dəfə oxundu.
Buffon hakimi zibil vedrəsinə bənzədib

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penalti ilə bağlı fikirlərini bölüşüb.

Gunaz.az "Report"a istinadən bildirir ki, o, 93-cü dəqiqədə hakim tərəfindən təyin edilən penaltinin qaydalara görə zəruri olan 11 metrlik cərimə zərbəsinin onda bir hissəsi (əslində penaltiyə ehtiyac olmadığını -red) olduğunu qeyd edib.

Hakimi zibil vedrəsi ilə müqayisə edən qapıçı bildirib ki, komanda qələbə üçün hər şeyi edib və bir insan oyundakı bu cür fədakarlıqlardan sonra hər şeyi məhv etməməli idi.

"Görünür, zibil vedrəsinin yerinə ürəyə malik olmaq olmaz",- deyə Buffon bildirib.

Həmçinin bildirilir ki, oyundan sonra futbolçular tribunanın altındakı binada bir-birlərinin ünvanına təhqirlər və ittihamlar yağdıraraq dalaşıblar. Onları sakitləşdirmək üçün polisin müdaxilə etməsi lazım gəlib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ