SON DƏQİQƏ

Ardanı ən çətin SINAQ GÖZLƏYİR

Tarix:

11-04-2018, 07:30

/ 10 402 dəfə oxundu.
Ardanı ən çətin SINAQ GÖZLƏYİR

Arda Turan karyerasında bir ilk yaşayacaq.

Gunaz.az xəbər verir ki, Türkiyənin milli ulduzu ilk dəfə akademiyasında yetişdiyi "Qalatasaray”a qarşı oyuna çıxacaq.

Arda Turan 2003-cü ildə akademiyasına daxil olduğu "Qalatasaray”da kapitanlığa qədər yüksəlib. Bu komandada çempionluq və kubok sevinci yaşayıb. 2011-ci ildə İspaniya nəhəngi "Atletiko Madrid”ə transfer olunan Turan həmin il sevimli komandasından ayrılıb. 7 illik İspaniya macərasında dünya nəhəngi "Barselona”ya transferi həm də karyersının pik nöqtəsi olub. Katalonların heyətində möhkəmlənə bilməyən Arda Türkiyəyə geri qayıdıb və "Başakşəhər”in heyətinə daxil olub.

31 yaşlı futbolçu bu həftə karyerasının ən özəl və bəlkə, ən çətin sınağına çıxacaq. Arda karyerası ərzində ilk dəfə yuvası kimi gördüyü "Qalatasaray”a qarşı oynayacaq. Üstəlik matç "Qalatasaray”ın evində keçiriləcək. Ulduz "Qalatasaray” tribunalarında necə qarşılanacağının həyəcanını yaşayır. O, çətin matçda "Başakşəhər” üçün əlindən gələni edib, çempionluğu təmin etmək üçün mübarizə aparacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ