Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Qarabağ" sabah toplanış çərçivəsində 2 yoxlama oyununa çıxacaq.
Gunaz.az xəbər verir ki, "Köhlən Atlar" Makedoniyanın "Şkupi" və Ukraynanın "Mariupol" klublarıyla üz-üzə gələcək.
"Şkupi" ilə görüş 16:00-da, "Mariupol"la matç isə Bakı vaxtı ilə 18:30-da start götürəcək.
Xatırladaq ki, “Qarabağ” Antalyada iki yoxlama oyunu keçirib. Ağdam klubu Rusiyanın “Kuban” klubuyla 2:2, Polşanın "Lexiya" (Qdansk) komandasıyla 1:1 hesablı heç-heçə edib.