SON DƏQİQƏ
» » Praqvay və Mərakeş gecəni sensasiya ilə BAŞA VURDU

Praqvay və Mərakeş gecəni sensasiya ilə BAŞA VURDU

Tarix:

Bu gün, 08:13

/ 3 783 dəfə oxundu.
Praqvay və Mərakeş gecəni sensasiya ilə BAŞA VURDU

Paraqvay millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Almaniya yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
GunAz.az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.
Paraqvay millisinin heyətində Xulio Ensiso 42-ci dəqiqədə fərqlənib. Almaniyanın qolunu isə 54-cü dəqiqədə Kay Haverts vurub. Almanların 102-ci dəqiqədə vurduğu qol VAR yoxlamasından sonra ləğv edilib.
Qalib penaltilər seriyasında müəyyənləşib.
Almaniya millisinin qapıçısı Manuel Noyer isə ardıcıl 10-cu dünya çempionatı oyununda qol buraxaraq antirekordu təkrarlayıb.
Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.
Mərakeş millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Niderland yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
GunAz.az xəbər verir ki, Meksikanın Monterrey şəhərində keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.
Niderland millisinin heyətində Kodi Qakpo 72-ci dəqiqədə hesabı açıb. Mərakeş yığması isə 90+1-ci dəqiqədə İssa Diopun qolu ilə məğlubiyyətdən xilas olub.
Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan mərakeşli futbolçular 3:2 hesablı qələbə qazanıblar.
скачать dle 12.1

Şərhlər