SON DƏQİQƏ
» » Hafiz Hacıyev: “Ziya Məmmədovun fəaliyyəti təcili araşdırılmalı, onunla bağlı ciddi tədbir görülməlidir”.

Hafiz Hacıyev: “Ziya Məmmədovun fəaliyyəti təcili araşdırılmalı, onunla bağlı ciddi tədbir görülməlidir”.

Tarix:

16-02-2017, 13:32

/ 6 863 dəfə oxundu.
Hafiz Hacıyev: “Ziya Məmmədovun fəaliyyəti təcili araşdırılmalı, onunla bağlı ciddi tədbir görülməlidir”.

"Ziya Məmmədovun fəaliyyəti təcili araşdırılmalı, onunla bağlı ciddi tədbir görülməlidir”. 
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 
Partiya sədri Ziya Məmmədovla bağlı Baş prokuror Zakir Qaralova müraciət edib:
"Ziya Məmmədovun hazırda milyonlarla pulu, böyük mülkləri var. O, bu evləri hardan alıb, mülkləri necə əldə edib? 
Məndə olan dəqiq məlumatlara görə, eks nazirin Türkiyədə yüzə yaxın mülkü var. İngiltərə, Fransa, İsveçrə kimi ölkələrdə də çoxlu sayda evləri var. 
Ziya Məmmədov bu mülkləri xalqdan oğurladığı pullarla alıb. Ölkənin baş prokuroruna müraciət edirəm: Ziya Məmmədovun, onun yaxınlarının, qohumlarının adına olan bütün mülklərin siyahısı çıxarılsın.
Görək o, bu mülkləri hansı pula alıb. Ziya Məmmədovun Ucarda olan mülkünün milyonlarla qiyməti var. Bu mülk möhtəşəmliyinə görə prezidentin iqamətgahını geridə qoya biləcək bir tikilidir. Araşdırılmalıdır ki, eks nazir bunu hansı pula tikib?”

Hafiz Hacıyev sabiq naziri Milli Şura ilə əlaqəli olmaqda da ittiham edib: 
"Ziya Məmmədovun qanunsuz fəaliyyəti bununla bitmir. O, külli miqdarda pul ayıraraq Gürcüstan müxalifətini maliyələşdirib. Azərbaycan iqtidarı ilə Gürcüstan iqtidarının arasını vurmaq üçün addımıar atır. Məmmədov hətta Bakı-Axalkalaki-Qars dəmiryolunu da sabotaj etmək üçün addımlar atıb.
Eks nazirin ən böyük xəyanətlərindən biri də Azərbaycanda müxalifətlə, Milli Şura ilə qurduğu əlaqələrdir. O, əvvəllər Milli Şuraya maliyə yardımı edirdi. İndi isə qurumla sıx əlaqlər yaradıb. Mən Milli Şurada olan agentura şəbəkəmlə əlaqə saxlamışam.
Onlar mənə bildirdi ki,Ziya Məmmədov müxalifətçilərlə görüş keçirib. Mən Milli Şurada olan agentura şəbəkəmi ifşa etməməmək üçün bir sıra məlumatları hələ ki, yaymıram.

Ziya Məmmədov həbs olunması o əlində olan bütün resursları İlham Əliyevə qarşı istifadə edəcək.
Buna görə də ölkənin Baş Prokuroru Zakir Qaralov, hüquq mühafizə orqanları Ziya Məmmədovu təcili nəzarətə götürməlidir.”скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ