SON DƏQİQƏ
» » Çempionlar Liqası: "Qarabağ" - "Molde" cütünün potensial rəqibi məlum olur

Çempionlar Liqası: "Qarabağ" - "Molde" cütünün potensial rəqibi məlum olur

Tarix:

1-09-2020, 08:57

/ 3 541 dəfə oxundu.
Çempionlar Liqası: "Qarabağ" - "Molde" cütünün potensial rəqibi məlum olur

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

GunAz.az-ın məlumatına görə, püşkatma nəticəsində "Qarabağ"ın növbəti raunddakı potensial rəqibi də bəlli olacaq. 

Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, budəfəki püşkdə səpələnməmişlər səbətində yer alacaq.

Bu isə o deməkdir ki, Azərbaycan çempionu növbəti raundda reytinqcə daha güclü komandalardan biri ilə üz-üzə gələcək. Bunlar "Zaltsburq” (Avstriya), "Olimpiakos” (Yunanıstan), 
"Slaviya” (Praqa, Çexiya), həmçinin "Ferentsvaroş” (Macarıstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibidir.  

 

1 sentyabr
Püşkatma mərasimi

 

Çempionlar Liqası, Pley-off mərhələsi

Çempionlar Yolu
Səpələnmişlər
"Zaltsburq” (Avstriya)
"Olimpiakos” (Yunanıstan)
"Ferentsvaroş” (Macarıstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi 
"Slaviya” (Praqa, Çexiya)

 

Səpələnməmişlər
"Midtüllann” (Danimarka) - "Yanq Boyz” (İsveçrə) cütünün qalibi
"QARABAĞ” (AZƏRBAYCAN) - "Molde” (Norveç) cütünün qalibi
"Omoniya” (Kipr) - "Srvena Zvezda” (Serbiya) cütünün qalibi
"Makkabi” (Təl-Əviv, İsrail) - "Dinamo” (Brest, Belarus) cütünün qalibi 

 

Liqa Yolu
Səpələnmişlər
PAOK (Yunanıstan) - "Benfika” (Portuqaliya) cütünün qalibi
"Dinamo” (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland) cütünün qalibi

 

Səpələnməmişlər
"Gent” (Belçika) - "Rapid” (Vyana, Avstriya) cütünün qalibi
"Krasnodar” (Rusiya)

 

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçiriləcək.

Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.Report


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ