Bu gün UEFA Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin oyunları keçiriləcək.
GunAz.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Moldova "Şerif"i ilə üz-üzə gələcək.
Bakıdakı görüşdən başqa daha 10 qarşılaşma keçiriləcək. Mərhələnin taleyi bir oyundan sonra bəlli olacaq.
Qalib gələn komandalar ÇL-də III təsnifat mərhələsinə yüksələcək. Məğlub olanlar isə mübarizəyə Avropa Liqasında davam edəcək.
Avropa Liqasında isə I təsnifat mərhələsinin bir matçı baş tutacaq. Lüksemburq təmsilçisi "Proqress” Monteneqronun "Zeta" klubu ilə üz-üzə gələcək.
26 avqust
Çempionlar Liqası, II təsnifat mərhələsi
Qeyri-çempionlar
Çempionlar
Avropa Liqası, I təsnifat mərhələsi
20:30. "Proqress” (Lüksemburq) - "Zeta” (Monteneqro)
Qeyd edək ki, ilk oyun günündə PAOK Yunanıstanda Türkiyə "Beşiktaş"ını 3:1, Serbiya "Srvena Zvezda"sı isə Albaniyada "Tirana"nı 1:0 hesabı ilə yenərək, ÇL-də mübarizədən kənarlaşdırıb. Avropa Liqasının təsnifatında isə Litvanın "Riteryay" komandası əlavə vaxtda İrlandiyanın "Derri Siti" klubunu mübarizədən kənarlaşdıra bilib 3:2.