SON DƏQİQƏ
» » Çempionlar Liqası: Bu gün oyunlar keçiriləcək-AFİŞA

Çempionlar Liqası: Bu gün oyunlar keçiriləcək-AFİŞA

Tarix:

18-08-2020, 08:42

/ 2 836 dəfə oxundu.
Çempionlar Liqası: Bu gün oyunlar keçiriləcək-AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək. 

GunAz.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gələcək. 

Matçlardan sonra növbəti mərhələyə yüksələn komandalar bəlli olacaq. Təsnifat mərhələləri bir oyundan ibarət olduğu üçün qaliblər II raunda vəsiqə əldə edəcəklər. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcək. 

18 avqust

Çempionlar Liqası

I təsnifat mərhələsi

20:00. "Qarabağ” (Azərbaycan) - "Sileks” (Şimali Makedoniya)
21:00. "Legiya” (Polşa) – "Linfild” (Şimali İrlandiya)
22:00. "Dinamo” (Brest, Belarus) - "Astana” (Qazaxıstan)
22:45. "Seltik” (Şotlandiya) – "Reykyavik” (İslandiya)
23:00. "Srvena Zvezda” (Serbiya) - "Europa” (Cəbəllütariq)

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin digər matçları avqustun 19-da da olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ