SON DƏQİQƏ
» » Çempionlar Liqasında yeni mövsüm BAŞLAYIR: “Qarabağ”ın rəqibi kim olacaq?

Çempionlar Liqasında yeni mövsüm BAŞLAYIR: “Qarabağ”ın rəqibi kim olacaq?

Tarix:

19-06-2017, 08:50

/ 2 030 dəfə oxundu.
Çempionlar Liqasında yeni mövsüm BAŞLAYIR: “Qarabağ”ın rəqibi kim olacaq?

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması olacaq.

GUNAZ.az  xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə yeni mövsümdən etibarən Avropa səhnəsində yarışacaq komandalar öz rəqiblərini tanıyacaqlar.
Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi "Qarabağ” təmsil edəcək. Azərbaycan çempionu yarışa ikinci təsnifat mərhələsindən start verəcək. Ağdam klubu səpələnmişlər sırasında yer alacaq.
Çempionumuzun mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
Səpələnmişlər sırasında yer alacaq "Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.
"Zəiflər”in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə "Qarabağ”la qarşılaşa bilər. (apasport.az)
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
TNS (Uels) – 5,775
"Linfild” (Şimali İrlandiya) – 3,650
"Vikinqur” (Farer adaları) – 2,950
"Hibernians” (Malta) – 2,800
"Santa-Koloma” (Andorra) – 2,733
Səpələnməmişlər
"Alaskert” (Ermənistan) – 2,525
"La Fiorita” (San-Marino) – 1,566
"Europa” (Cəbəllütariq) – 1,500
"İnfonet” (Estoniya) – 1,300
"Trepça” (Kosova) – 1,000
II təsnifat mərhələsi
Səpələnmişlər
"Seltik” (Şotlandiya) – 42,785
"Zalsburq” (Avstriya) – 40,570
"Kopenhagen” (Danimarka) – 37,800
"Lüdoqorets” (Bolqarıstan) – 34,175
BATE (Belarus) – 29,475
"Legiya” (Polşa) – 28,450
APOEL (Kipr) – 26,210
"Maribor” (Sloveniya) - 21,125
"Qarabağ” (Azərbaycan) – 18,050
"Malmö” (İsveç) – 16,945
"Astana” (Qazaxıstan) – 16,800
"Partizan” (Serbiya) – 16,075
"Riyeka” (Xorvatiya) – 15,550
"Rusenborq” (Norveç) – 12,665
"Şerif” (Moldova) – 11,150
"Hapoel” (Beyer Şeva, İsrail) – 10,875
"Hafnarfyordur” (İslandiya) – 6,175
Səpələnməmişlər
"Jilina” (Slovakiya) – 5,850
"Jalgiris” (Litva) – 5,825
"Dandalk” (İrlandiya) – 5,815
"Vardar” (Makedoniya) – 5,125
"Dudelanj” (Lüksemburq) – 4,975
"Kukesi” (Albaniya) – 4,550
"Zrinski” (Bosniya və Herseqovina) – 4,050
"Buduçnost” (Monteneqro) – 3,300
"Honved” (Macarıstan) – 2,900
"Mariehamn” (Finlandiya) – 2,030
"Spartak” (Latviya) – 1,975
"Samtredia” (Gürcüstan) – 1,525
I təsnifat mərhələsinin 5 qalibi
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 27-28 iyun, cavab matçları isə 4-5 iyul tarixlərində baş tutacaq. II təsnifat mərhələsinin matçları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ