
Yaxın dəqiqələrdə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.
GunAz.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Qarabağ" - "Nyukasl" qarşılaşması start götürdü.GunAz.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
***
Matçın 2-ci dəqiqəsində Qordon qonaqları hesabda önə keçirdi: 0-1.
***
Qarşılaşmanın 9-cu dəqiqəsində Tşau ikinci qola imza atdı: 0-2.
"Nyukasl" matçın 31-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirir.
***
Qordon 32-ci dəqiqədə fərqi artırdı: 0-3.
***
Qordon özünün üçüncü, komandasının dördüncü qolunu vurdu: 0-4.
***
Qordon görüşün 45-ci dəqiqəsində penaltidən özünün dördüncü, komandasının beşinci qoluna imza atdı: 0-5.
***
Elvin Cəfərquliyev 54-cü dəqiqədə "Qarabağ"ın ilk qoluna imza atdı: 1-5.
***
Remsi 72-ci dəqiqədə qonaqların 6-cı qolunu vurdu: 1-6.
***
"Qarabağ" "Nyukasl"a 6-1 hesabı ilə məğlub oldu.






























