Tennis idman növü 1880-cı ildən insanlar arasında tədbiq edilsə də illər ötdükcə bu idman növü müasirləşərək idman yarışlarının sıralarına qoşulmuşdur.
Ələt qəsəbəsindəki Əhməd Zeynallı adına 302 №-li məktəbdə gördüyüm bir mənzərə məni çox maraqlandırdı. Məktəbin girəcəyində dəhlizdə tennis stolunun qoyulması mənə qeyri adi gəldi, heç bir məktəbdə bu cür mənzərə görməmişdim.
Girəcəkdə duran Tariyel adlı müəllimdən(sonradan məlum oldu ki, idman müəllimidir) bunun nə məqsədlə bura qoyulduğunu öyrəndikdə bildirdi ki, bu tennis stolunun burda yerləşdirilməsi şagirdlərin bu idman növünə marağının artması məqsədini daşıyır və bunun nəticəsidir ki, hər dəfə burda tennis yarışları keçirdikcə həvəskarların sayı artır və idmana maraq çoxalır. Bu məni çox sevindirdi, özümün də tennisə marağımın çox olduğundan yarışlarla maraqlandım və həmin qaliblə oynamaq istədiyimi bildirdim. Beləcə mini yarışma başladıq.
İlk olaraq idman müəllimi Tariyel müəllimlə yarışdıq və məğlub oldum Sonra idman müəllimi Elnur müəllimlə gücümüzü yoxladıq, çətin də olsa qalib gəldim. Beləcə şagirdlər arasında 1 və 2-ci yeri tutan şagirdlərlə də gücümü sınadım və qalib gələrək 2-ci yerə yüksəldim.
Əziz oxucularım bunları yazmaqda məqsədim odur ki, idman insan üçün hər zaman lazımdır mənim 65 yaşım olmasına baxmayaraq bu idman növü nəticəsində hələ də çevikliyimi itirmədiyimi bir daha sübut etdim.
İdman sağlamlığın bir nömrəli müalicəsidir.

Bilman İSAQ