SON DƏQİQƏ
» » Bakıda 7 maşın bir-birinə çırpıldı - FOTOLAR

Bakıda 7 maşın bir-birinə çırpıldı - FOTOLAR

Tarix:

10-05-2021, 23:31

/ 1 450 dəfə oxundu.
Bakıda 7 maşın bir-birinə çırpıldı - FOTOLAR

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

GunAz.az xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə ciddi ziyan dəyib.

 

İlkin məlumata görə, "Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə "Lexus” və "Toyota” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən "Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 "Hyundai” markalı, eyni zamanda "Ford” və "Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə zamanı "Lexus”da olan 1 nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

 

 

 

 

 

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ