SON DƏQİQƏ
» » Yol qəzası - Zərdabda minik maşını su kanalına aşıb

Yol qəzası - Zərdabda minik maşını su kanalına aşıb

Tarix:

4-06-2018, 13:41

/ 10 664 dəfə oxundu.
Yol qəzası - Zərdabda minik maşını su kanalına aşıb

Zərdabda yol qəzası baş verib.

Gunaz.az xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Zərdab rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Zərdab rayon sakini, 1992-ci il təvəllüdlü Dəyanət Kərimlinin idarə etdiyi "Mercedes" markalı minik avtomobil onun həmyerlisi, 1953-cü il təvəllüdlü  Əsədov Qalib Abdulla oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik maşınının arxa hissəsinə çırpılıb.

 

İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarında olan su kanalına aşıb. Hər iki avtomobilə ciddi ziyan dəysə də, ölən və xəsarət alan olmayıb. Fakt araşdırılır.

скачать dle 12.1

Şərhlər