SON DƏQİQƏ
» » Amerikada polis 16 yaşlı qızı GÜLLƏLƏDİ-ETİRAZ BAŞLADI-FOTO

Amerikada polis 16 yaşlı qızı GÜLLƏLƏDİ-ETİRAZ BAŞLADI-FOTO

Tarix:

21-04-2021, 10:02

/ 4 505 dəfə oxundu.
Amerikada polis 16 yaşlı qızı GÜLLƏLƏDİ-ETİRAZ BAŞLADI-FOTO

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis zabiti 16 yaşlı afroamerikalı qız Makayyu Brayantı öldürüb.

GunAz.az xəbər verir ki, bu barədə yerli 10TV telekanalı özünün tvitterdəki səhifəsində bildirib.

Məlumata görə, yerli sakinlər hüquq-mühafizə orqanlarına müraciət edərək, bıçaqla silahlanmış qızın onlara hücumundan şikayətləniblər.

Hadisə yerinə gələn polis zabiti qızı güllələyib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Makayyu Brayantın qohumunun sözlərinə görə, qız ailə mübahisəsinin iştirakçısı olub. Gənc qız polisin ona atəş açmasından əvvəl bıçağı yerə atıb.

Qeyd edilir ki, hadisəyə etiraz edənlər artıq şəhərin polis binasının qarşısında toplaşmağa başlayıblar.

Şəhər hakimiyyəti hadisə ilə əlaqədar mətbuat konfransı keçirməyə və videogörüntünü göstərməyə söz verib.

Amerikada polis 16 yaşlı qızı GÜLLƏLƏDİ-ETİRAZ BAŞLADI-FOTO

 


скачать dle 12.1

Şərhlər