SON DƏQİQƏ
» » ABŞ-da polisin günahsız gənci öldürməsi etirazlara səbəb oldu

ABŞ-da polisin günahsız gənci öldürməsi etirazlara səbəb oldu

Tarix:

25-11-2018, 18:28

/ 10 340 dəfə oxundu.
ABŞ-da polisin günahsız gənci öldürməsi etirazlara səbəb oldu

Polisin 21 yaşlı qaradərili gənci qətlə yetirməsinə etiraz əlaməti olaraq Alabamada kütləvi aksiya keçirilib. 

GunAz.az-ın verdiyi xəbərə görə, hadisə Quver şəhərinin “Riverchase Galleria” ticarət mərkəzində baş verib. İki müştəri arasında meydana gələn savaş zamanı onlardan biri tapançaya əl atıb.

Hadisə yerinə gələn polis əməkdaşları bu şəxsin 21 yaşlı Emantika Bredford olduğunu ehtimal edərək, onu güllələyiblər.

Lakin bir gün sonra polis rəsmiləri kobud səhvlərini etiraf ediblər. Tapançanın həqiqi sahibini müəyyən etmək isə hələ də mümkün olmayıb.

Etiraz aksiyasının iştirakçıları hüquq mühafizə orqanlarından qətllə bağlı aparılan istintaqın şəffaflığını tələb ediblər.

скачать dle 12.1

Şərhlər