SON DƏQİQƏ

ABŞ-da polis tələbəni güllələdi

Tarix:

18-09-2017, 09:31

/ 1 038 dəfə oxundu.
ABŞ-da polis tələbəni güllələdi

ABŞ-ın Corciya ştatında 21 yaşlı tələbə Skaut Şults əlindəki bıçağı yerə atmaqdan imtina etdiyinə görə polis tərəfindən güllələnib.

GUNAZ.az  xəbər verir ki, Atlanta şəhər polisinə Corciyanın Texnologiya İnstitutunun şəhərciyi ərazisində silahlı gəncin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əlində bıçaq olan tələbəni aşkarlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Şultsdan bıçağı yerə atmağı tələb ediblər. Lakin tələbə onlara tərəf hərəkət edib. Polis bir neçə xəbərdarlıqdan sonra tələbəni güllələyib.

Xəsarət almış Şults xəstəxanada ölüb. Ştatın Təhqiqat Bürosu faktla bağlı araşdırma aparır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ