SON DƏQİQƏ

Bakıda daha bir müəllim koronavirusdan öldü

Tarix:

14-04-2021, 20:21

/ 1 463 dəfə oxundu.
Bakıda daha bir müəllim koronavirusdan öldü

Bakıda daha bir müəllim koronavirusdan vəfat edib.

GünAz.az Report-a istinadla xəbər verir ki, 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Lalə Kərimova 40 yaşında dünyasını dəyişib.

 

O, bir müddət əvvəl COVİD-19-a yoluxubmuş.

Qeyd edək ki, Kərimova Lalə Rafiq qızı 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Müstəqil Azərbaycan Universitetində təhsil alıb.

Xatırladaq ki, aprelin 10-da 20 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi İradə Tağıyeva da koronavirusdan vəfat edib.


 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ