SON DƏQİQƏ

Sumqayıtda avtobuslar qəza törətdi

Tarix:

8-05-2020, 10:18

/ 1 932 dəfə oxundu.
Sumqayıtda avtobuslar qəza törətdi

Sumqayıtda iki marşrut avtobusu toqquşub.

Səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 14 nəfər xəsarət alıb.

İlkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanaya yerləşdirilmiş N. Əliyeva və M. Məmişovun vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ