SON DƏQİQƏ
» Sumqayıtda hadisə yerinə gedən 3 “təcili yardım” qəzaya düşdü - Foto

Sumqayıtda hadisə yerinə gedən 3 “təcili yardım” qəzaya düşdü - Foto

Tarix:

20-01-2020, 09:04

/ 1 219 dəfə oxundu.
Sumqayıtda hadisə yerinə gedən 3 “təcili yardım” qəzaya düşdü - Foto

Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

GunAz.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Ümumilikdə 5 avtomobilin toqquşduğu qəza bir neçə nəfərin xəsarət aldığı bildirilir.Sumqayıtda hadisə yerinə gedən 3 “təcili yardım” qəzaya düşdü - Foto

İlkin məlumata görə, xəsarət alanlardan 3-ü Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləridir. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı-Quba yolunda baş verən zəncirvari qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3-ü təcili tibbi yardım maşını olmaqla, 5 avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar - 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili yardımın sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğludur (həkim).report

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ