SON DƏQİQƏ
» » Tovuzda qəzada yaralanan şəxsin olduğu təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

Tovuzda qəzada yaralanan şəxsin olduğu təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

Tarix:

20-03-2018, 16:20

/ 10 346 dəfə oxundu.
Tovuzda qəzada yaralanan şəxsin olduğu təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

Bu gün Tovuzun Düz Cırdaxan kəndində yol nəqliyyat qəzası baş verib.

APA-nın Qərb bürosunun məlumatına görə, "Daewo" markalı sərnişin avtobusu ilə minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb.

Hadisə yerinə gedən təcili tibbi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində "VAZ 2106" markalı avtomobillə toqquşub.

Qəza zamanı təcili tibbi yardım avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ