SON DƏQİQƏ

Tovuzda zəncirvari QƏZA: xəsarət alanlar var

Tarix:

25-01-2018, 13:39

/ 768 dəfə oxundu.
Tovuzda zəncirvari QƏZA: xəsarət alanlar var

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gunaz.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib.

VAZ-21011, VAZ 2106 və VAZ 2107 markalı avtomobillərin toqquşması nəticəsində 26 yaşlı Mirzə Eyvazov və 64 yaşlı Namaz Namazov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

M.Eyvazov və N.Namazova tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ