SON DƏQİQƏ
» » 160 nömrəli avtobus daha bir qəza törədib, ana və azyaşlı oğlu xəsarət alıb

160 nömrəli avtobus daha bir qəza törədib, ana və azyaşlı oğlu xəsarət alıb

Tarix:

6-10-2018, 14:55

/ 10 449 dəfə oxundu.
160 nömrəli avtobus daha bir qəza törədib, ana və azyaşlı oğlu xəsarət alıb

Bakıda daha bir avtobus qəzası baş verib.

GunAz.az “Report”-a istinadən xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son bir həftədə 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Bundan bir neçə gün əvvəl həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət almışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ