SON DƏQİQƏ
» » Övladını "otlamağa" məcbur edən şəxs həbs olundu

Övladını "otlamağa" məcbur edən şəxs həbs olundu

Tarix:

14-04-2020, 20:15

/ 2 057 dəfə oxundu.
Övladını "otlamağa" məcbur edən şəxs həbs olundu

Uşaqları "otlamağa" məcbur edib videoya çəkən şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
O, qeyd edib ki, araşdırmalar nəticəsində azyaşlı uşaqları həyətyanı sahədə "otlamağa" məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsin Şamaxı rayon sakini İkram Xudiyev olması müəyyən edilib:
"Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal araşdırmalara başlandı. Araşdırmalar zamanı məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, digəri isə qohumunun uşağıdır. İkram Xudiyev polis şöbəsinə dəvət edilərək izahatı alınıb. O etiraf edib ki, videonu zarafatla çəkib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə İkram Xudiyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib”
скачать dle 12.1

Şərhlər