SON DƏQİQƏ
» » Aclıq aksiyası keçirən dustaqla bağlı - Rəsmi açıqlama

Aclıq aksiyası keçirən dustaqla bağlı - Rəsmi açıqlama

Tarix:

5-09-2019, 11:54

/ 1 370 dəfə oxundu.
Aclıq aksiyası keçirən dustaqla bağlı - Rəsmi açıqlama

Ədliyyə Nazirliyi Penitensiar xidməti İkram Rəhimovun aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatmasi barədə yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətdən İctimaiyyətlə əlaqələr şöbəsindən GunAz.az-a daxil olan açıqlamada bildirilib ki, son günlər ərzində sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında saxlanılan məhkum İkram Rəhimovun həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatması barədə məlumatlar yer almaqdadır.

Penitensiar xidmət bildirir ki, məhkum İkram Rəhimov aclıq aksiyasını dayandırıb və qida qəbuluna başlayıb: "Onun səhhəti ilə bağlı hər hansısa bir problem yoxdur".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ