SON DƏQİQƏ
» » Hədə-qorxu ilə tələb edən baş redaktordan - Şikayət

Hədə-qorxu ilə tələb edən baş redaktordan - Şikayət

Tarix:

29-07-2019, 16:39

/ 802 dəfə oxundu.
Hədə-qorxu ilə tələb edən baş redaktordan - Şikayət

Hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunan “Realliq.info” və digər “reket” informasiya saytlarının baş redaktoru İkram Rəhimov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinə müraciət edən İkram Rəhimov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Məhkəmənin ilkin baxış iclası iyulun 31-nə təyin edilib.

Şikayət hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İkram Rəhimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqədə olduğuşəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ