SON DƏQİQƏ
» » Türkiyədə qar uçqunu faciəsində ölənlərin sayı 21-ə çatdı

Türkiyədə qar uçqunu faciəsində ölənlərin sayı 21-ə çatdı

Tarix:

5-02-2020, 23:12

/ 2 781 dəfə oxundu.
Türkiyədə qar uçqunu faciəsində ölənlərin sayı 21-ə çatdı

Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində baş verən uçqun zamanı ölənlərin sayı 21-ə çatıb. 

"Haber7” xəbər verir ki, bununla bağlı Van valisi Mehmet Emin Bilmez məlumat verib. 

Onun sözlərinə görə, ölənlərdən səkkizi polis, üçü təhlükəsizlik əməkdaşı, biri xilasedici, doqquzu isə sadə vətəndaşdır. 

 

Türkiyədə qar uçqunu nəticəsində qarın altında qalan mikroavtobusdakı iki nəfərin xilas edilməsi üçün aparılan axtarışlar zamanı növbəti faciə baş verib. 

"Hürriyet” xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı aparılan zaman ərazidə növbəti qar uçqunu baş verib.

Qeyd edək ki, uçqun Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qeydə alınıb. Əraziyə əlavə qüvvələrin cəlb edilməsindən sonra qar altında qalan 30-dan çox insanın axtarışlarına başlanılıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu baş vermiş faciədə səkkiz nəfərin həlak olduğunu açıqlayıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ