SON DƏQİQƏ
» » Rusiyada partlayış nəticəsində ölənlərin sayı 18-ə çatdı

Rusiyada partlayış nəticəsində ölənlərin sayı 18-ə çatdı

Tarix:

2-01-2019, 16:12

/ 10 213 dəfə oxundu.
Rusiyada partlayış nəticəsində ölənlərin sayı 18-ə çatdı

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb. Bundan başqa, dağıntılar altında 23 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

GunAz.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən ikisinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

Xatırladaq ki, dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ