SON DƏQİQƏ

Şəhid generala görə ABŞ-dan qisas alınacaq

Tarix:

3-01-2020, 09:14

/ 3 169 dəfə oxundu.
Şəhid generala görə ABŞ-dan qisas alınacaq

“İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Quds xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”.

GunAz.az RİA Novosti-yə istinadən xəxb verir ki, bunu İranın Ali rəhbərin məsləhət orqanının keşmiş komandanı Möhsin Rezai “twitter” səhifəsində bildirib.

O, general Süleymaninin şəhid qardaşlarına qoşularaq ABŞ-dan qisas aldığını qeyd edib. 

İran prezidentinin müşaviri Hesamaddin Aşna isə ABŞ-ın "öz azart oyunları ilə" Yaxın Şərqdə özünə ən təhlükəli şərtlər yaratdığını və bunun nəticələrinə hazır olmalı olduğunu söyləyib.

Pentaqon da öz növbəsində general Suleymaninin öldürdüyü xəbərini təsdiq edib.

ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə atılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ